Stylish Baku

Dilarə Kazımova: «Stil – dəbdə olan geyimdən asılı olmayaraq düzgün geyim seçmək bacarığıdır.»

30.05.2013

574699_595012370529328_320323855_nBu dəfəki müsahibimiz məşhur müğənni, klabberlərin sevimlisi, Eleven lounge-ın prezidenti  Dilarə Kazımovadı.

S.B.Salam Dilarə xanım. Səhnəyə ilk dəfə çıxmağınızı xatırlayırsız?

D.K.Bəli, təbii ki. 11 yaşım var idi. Çexov adina 2 sayli gimnaziyanin səhnəsində xorun solisti kimi çıxış etmişdim.

S.B.Bildiymiz kimi (məlumatımıza görə), siz opera ifaçılığı üzrə təhsil almısınız. La Skala da şöhrət qazanmaq imkanından imtina etdiyinizə görə peşiman deyilsiniz ki?

D.K.Düzdür. Opera-vokal ifaçılığı üzrə konservatoriyada təhsil almışam və indiyə qədər opera musiqisi ən sevdiyim istiqamətdir. Amma La Skalada ifa etmek üçün bu istiqametde təhsili bir neçə xarici ali təhsil məktəblərində davam etdirmək lazımdır. Konservatoriyanı bitirdikdən sonra rok rok musiqisinə maraq göstərdim, buna görə mənim səyahətim naməlum bir vaxta təxirə salındı ve əslində bu gün məni digər musiqi istiqamətləri maraqlandırır…

S.B.Yəqin həyat tərziniz də fərqlidir? Saat neçədə yuxudan oyanırsız?
D.K.Bəli, mən gecə adamıyam. Bu rejimi dəyişmək isə məndə alınmır.

S.B.İdealınız ve yaxud kamil insan obrazınız varmı?

D.K.Mənim üçün ideal insan yoxdur, lakin, məni özünə heyran edənlər var. Hamısını sadalaya bilərəm.

S.B.Sizi küçədə tanıyan çox olur?

D.K.Olanda olur.

S.B.Cəmiyyətimizdə yaradıcı xanım, müğənni olmaq asandırmı?

D.K.Mənim üçün asandır. Ola bilsin ki, sadəcə bu vaxta kimi hansısa çətinliklə üzləşməmişəm.

S.B.Özünüzq 20 il sonra bu gün və saatda harda görürsüz?

D.K.Təsəvvür edə bilmərəm. Elə olur ki, bir saniyədə hər şey dəyişirvə bir il əvvəlki həyatını bilmək fantasik bir şeydir, nəinki iyirmi il.

S.B.Təhsil ili sona çatır. Məktəb və ya universitet illərinizdən yadda qalan ən parlaq xətirəniz nəylə bağlıdır?

D.K.Yaddaşla problemim yoxdur, amma belə bir xatirə yadımda deyil.

S.B.Siz filmə də çəkilmişdiniz. Yenidən filmlərdə və ya teatr tamaşalarında rol almaq istərdinizmi? Hansı obrazı canlandırmaq istərdiniz?

D.K.Bəli, böyük məmnuniyyətlə film və teatr tamaşalarında rol almaq istərdim. Canlandırmaq istədiyim konkret obraz yoxdur, amma bir dövrün qadın qəhrəmanı olmağı çox istərdim. Bu  dəbdəbəli geyimlər, namuslu, igid və ehtiraslı kişi obrazları, nazlı, bal ve drama sevən qadınlarla səciyyələnən XVII – XVIII əsrlərdir.

S.B.Sizi həm də dəb pərəstişkarı olan bir xanım kimi tanıyırlar. Müxtəlif dəb layihələrində iştirak etmiş, dəb blogları üçün çəkilmisiniz. Sizcə, dəbli insan necə olmalıdır?

D.K.Stil dəbdə olan geyimdən asılı olmayaraq düzgün geyim seçmək bacarığıdır. Şəxsən məni, zövqlə geyinməyi bacaran kişilər və qadınlar heyran edir.

578122_569893193041246_1997842475_n

574699_595012370529328_320323855_n

528245_578745972155968_434314235_n

Digər xəbərlər:

1624392_486109388165956_917791510_n Gənc azərbaycanlı modelin Dubay sərgüzəştləri…(Video)
 Bu dəfəki müsahibimiz gənc azərbaycanlı model Kamran Məmmədovdur. Gənc olmasına baxmayaraq
1039570_692090180816669_1348502787_o Natella Osmanlı “İstənilən qadın ilk növbədə qadın olmalıdır”
Budəfəki müsahibimiz istedadlı yazıçı Natella Osmanlıdır, Natella xanım əsərlərini rusca yaz
484848_581281338559948_1847520471_n_1369978129 Dilarə Kazımova: «Stil – dəbdə olan geyimdən asılı olmayaraq düzgün geyim seçmək bacarığıdır.»
Bu dəfəki müsahibimiz məşhur müğənni, klabberlərin sevimlisi, Eleven lounge-ın prezidenti  D

Digər xəbərlər:

1300805913_faiq-agayev Faiq Ağayev: «Hətta ən fantastik yuxumda da Azərbaycanın ən gənc xalq artisti ola biləcəyimi görə bilməzdim»
Budəfəki müsahibimiz məşhur və sevilən müğənni Azərbaycanın xalq artisti Faiq Ağayevdir. S.B
1275553_577176705671751_491764805_o Fashion bloger: “Dəbli olmaq yeni il yolkası kimi bəzədilmiş olmaq demək deyil”
Budəfəki müsahibimiz gənc fashion bloger TheBlondeBook.com bloqunun müəllifi Günel İsmayıllı
Kamile Babayeva Kamilə Babayeva-Rzabəyova: «Səmimiyyət faktoru aparıcının yüngül davranışı kimi qavranılır»
Tanınmış teleaparıcı Kamilə Babayeva-Rzabəyova «StylishBaku»ya  müsahibəsi.  S.B. Müsahibədə


Müsahibə

1624392_486109388165956_917791510_n Gənc azərbaycanlı modelin Dubay sərgüzəştləri…(Video)

 Bu dəfəki müsahibimiz gənc azərbaycanlı model Kamran Məmmədovdur. Gənc olmasına baxmayaraq çox iddialı olan Kamran bəy bu yaxınlarda Dubaya səfər edib. Düşünürük ki, onunla müsahibə oxucularımız üçün maraqlı olacaq. S.B. Model kimi fəaliyyətə başlamaq fikri hardan ağlınıza gəldi? K.M. Mənim əsas peşəm  aktyorluqdu və  mən bu peşə üzrə İstanbulda təhsil almışam.  Model fəaliyyətimə isə dostlarımın […]

1039570_692090180816669_1348502787_o Natella Osmanlı “İstənilən qadın ilk növbədə qadın olmalıdır”

Budəfəki müsahibimiz istedadlı yazıçı Natella Osmanlıdır, Natella xanım əsərlərini rusca yazsada onların azərbaycancaya tərcümələri də mövcuddur. Hesab edirik ki, Natella xanım azərbaycandilli oxuculara da maraqlı bir şəxsdir. S.B. Özünüzü yazıçı hesab etmədiyinizi deyirsiz, bunun arxasında təvazökarlıq durur yoxsa nəsə başqa fikriniz var? N.O. Bəlkə bu yazıçı sənətinin çox ciddi və məsuliyyətli bir sənət olduğunu dərk […]

484848_581281338559948_1847520471_n_1369978129 Dilarə Kazımova: «Stil – dəbdə olan geyimdən asılı olmayaraq düzgün geyim seçmək bacarığıdır.»

Bu dəfəki müsahibimiz məşhur müğənni, klabberlərin sevimlisi, Eleven lounge-ın prezidenti  Dilarə Kazımovadı. S.B.Salam Dilarə xanım. Səhnəyə ilk dəfə çıxmağınızı xatırlayırsız? D.K.Bəli, təbii ki. 11 yaşım var idi. Çexov adina 2 sayli gimnaziyanin səhnəsində xorun solisti kimi çıxış etmişdim. S.B.Bildiymiz kimi (məlumatımıza görə), siz opera ifaçılığı üzrə təhsil almısınız. La Skala da şöhrət qazanmaq imkanından imtina etdiyinizə […]

1300805913_faiq-agayev Faiq Ağayev: «Hətta ən fantastik yuxumda da Azərbaycanın ən gənc xalq artisti ola biləcəyimi görə bilməzdim»

Budəfəki müsahibimiz məşhur və sevilən müğənni Azərbaycanın xalq artisti Faiq Ağayevdir. S.B. Orta məktəbi bitirərkən Faiq Ağayev kim olacağını təsəvvür edə bilirdi? F.A. Əlbəttə ki, xeyr. Mən hətta ən fantastik yuxumda da Azərbaycanın ən gənc xalq artisti ola biləcəyimi və ölkənin ən prestijli konsert salonunda 5 günlük solo konsertləri keçirəcəyimi görə bilməzdim. Ancaq məhz 16 […]

Party »

1003923_770789599602944_1926374424_n1385307967 Student Party

Əziz tələbələr! Növbəti semestrın adi günlərini əyləncə gecəsi ilə bəzəmək vaxtıdır! 30 noyabr 15:00-da Sizi Best club-da gözləyirik. Burada müxtəlif ali məktəblərdən tələbələr birləşəcək! Gəl və dostlarını da gətir! Sizi müsabiqələr və hədiyyələr gözləyir! Musiqi -Dj Liya-dan! Tarix 30 noyabr — 15:00 Mənbə citylife.az

1450767_659141940784727_1747177794_n1384409535 1980-90-cı illər diskotekası

Paytaxtımızın bütün klabberlərini və əyləncə sevərlərini salamlayırıq! Öz qayıdışı ilə əlaqədar olaraq Dj Shadow əyləncə təşkil etmək, yaxınlarını və tanışlarını bir yerə toplamaq qərarına gəlib! Hər birinizi sevimli Piano Karaoke & Lounge-da gözləyirik. Bu unudulmaz gecədə darixmaq imkanınız olmayacaq. Yaşı daha çox olanlar özlərini keçmiş, gözəl vaxtlarda hiss edəcəklər. Gənclər isə 80-90-cı illərə qayıdacaqlar! Tarix 29 noyabr  saat […]

1470241_763105193704718_348201961_n1384236444 Coyote Night

Yeni «Best club» köhnə adətləri ilə sizi bu həftənin ən qaynar «Coyote Night» gecəsinə dəvət edir! Dj Liya-dan ən qaynar hitlər! Rəqs meydanını şəhərdə ən pozitiv Mc Macho canlandıracaq! Ecazkar rəqqasələrin ifasında parlaq erotik rəqs şousu! Face Control 21+ / Dress Code Qızlar üçün giriş sərbəstdir Oğlanlar üçün 20 AZN (bar üçün depozit)   mənbə citylife.az

1074666_747036431989125_179482165_o Halloween — Zombie Attack

26 oktyabr 2013-cü il Jumeirah Bilgah Beach Hotel-i vəhşi epidemiya mühasirəyə alır. Zombi insanlara hücum edir və dişlədikdən sonra insan özü zombiyə çevrilir. Adi insan gücünə və sürətinə malik zombilər hədsiz aqressivdir… 22:00-da KKM Production hər kəsə vaksina vuracaq və biz bu mübarizədə kimin qalib gəldiyini görəcəyik… Sizi 26 oktyabr Jumeirah Bilgah Beach Hotel-in Equinox […]

djonurhannover4oi Məşhur Dj Onur Ergin Bakıda

İlk dəfə olaraq, bir gün, məşhur və istedadlı DJ Onur Ergin! 13 oktyabr 17:00-da Novxanıda, AF Hotel Aqua Park-da DJ Onur Ergin və məşhur Bakı Dj-lərinin iştirakı ilə dəlisov gecə keçiriləcək. Aparıcı: İsmayıl Novruz (ATV). Biletlərin qiyməti: Standart: 15 AZN, VIP- 30 AZN (1 + Redbul Jack Daniels) Əlaqə nömrələri: (+994 51) 405 64 63, (+994 55) 501 08 18, (+994 55) […]